ABŞ-ın Siettl şəhərində qərargahlanan İnklüziv Cəmiyyət Fondu bu yaxınlarda İran Azərbaycanında 2024-cü ilin aprel-iyun ayları arasında insan hüquqlarının durumu ilə bağlı yeni hesabatını açıqlayıb. Hesabatda azərbaycanlıların yaşadığı bölgələrdə insan hüquqları pozuntuları, həbslər və edamlarla bağlı məlumatlar əks olunur. Hesabatın hazırlanmasında iştirak edən sosioloq Ramin Cabbarlı Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında insan hüquqları pozuntuları, həbslər və fəallara qarşı basqılardan danışıb.
İran Azərbaycanında insan haqları pozuntuları - Sosioloq Ramin Cabbarlı yeni hesabatı şərh edir
Your browser doesn’t support HTML5
Sosioloq Ramin Cabbarlı Amerikanın Səsinə müsahibədə ABŞ-ın Siettl şəhərində qərargahlanan İnklüziv Cəmiyyət Fondunun İran Azərbaycanında 2024-cü ilin aprel-iyun ayları arasında insan hüquqlarının durumu ilə bağlı yeni hesabatı haqda danışıb.