Son vaxtlar sosial şəbəkələrdə İranda türkcə kitablara tətbiq edilən senzura nümunələri olan bəzi sənədlərin surəti paylaşılıb. O cümlədən, Urmiyədəki “Yaz” nəşriyyatının direktoru Bəhram Əsədi ətraflı bir açıq məktub yayımlayaraq İran mədəniyyət nazirliyinin türk dili ilə əlaqəli siyasətlərinə etiraz bildirib.
Your browser doesn’t support HTML5
Sosioloq və Türkiyədə fəaliyyət göstərən Qobustan nəşriyyatının sahibi Ural Hatəmi Amerikanın Səsinə söhbətində deyib ki, “mədəniyyət nazirliyinin naşirlərə göndərdiyi islahiyyələr (düzəltmə tələbləri) göstərir ki, senzura siyasətində türkcəyə qarşı ciddi bir hərəkətlilik var.”
Keçən iki il ərzində Yaz nəşriyyatının çapa hazırladığı kitablara tətbiq edilən senzura nümunələrini açıqlayan Bəhram Əsədinin yazdığına görə, İranın Mədəniyyət və İslami İrşad Nazirliyi bir çox kitabda istifadə edilən kəlmələrin “İstanbul türkcəsində” olduğunu irəli sürərək onlara çap icazəsi verməyib. Cənab Əsədinin məktubunda yerləşdirdiyi nümunələrdə mədəniyyət nazilriyinin ekspertləri dilin adına “türkcə” yerinə “azəri” və ya “azərbaycanca” ifadələrinin işlədilməsini tələb ediblər. Bir nümunədə isə nazirlik “Azərbaycan” adlı bir şeirin kitabdan çıxarılmasını istəyib.
SEE ALSO: Urmiyədəki Yaz nəşriyyatının direktoru İranda türkcə kitablar üzərindəki senzuraya etiraz bildiribUral Hatəminin sözlərinə görə, “sadəcə Yaz nəşriyyatı deyil, əgər o biri naşirlərimiz də bu şəkildə bu günə qədər verilən senzura nümununələrini, o İrşad idarəsindən verilən o islahiyyələri yaysalar, bizim əlimizdə minlərlə səhifə sənəd olar. Ancaq bilirik ki, İranda bunların üzərində çox ciddi basqı var və bunlar eyni zamanda həm işlərini, həm ticarətlərini qorumalıdırlar.”
Hatəmi İranda türk naşirlərin yalnız senzura kimi basqı və məhdudiyyətlərə məruz qalmadığını, eyni zamanda digər naşirlərin aldığı dövlət dəstəyindən də məhrum olduqlarını önə çəkib.
“2013 ilindən sonra biz bir müddət türkcə kitab və dərgilərdə açılış kimi bir şey gördük. Belə baxanda, o ildən sonra Güney Azərbaycanda bir çox türkcə dərgi çıxmağa başladı. Yəni, biraz boş buraxdılar. Ancaq, dəstək vermədilər. İranda bütün dərgilər və nəşriyyatlara rejim ideologiyasına uyğun olduğu təqdirdə kağız dəstəyi verilir və ya çap üçün dəstəklər verilir. Amma, bizimkilər deyirdi, icazəsini verib, amma dəstək yoxdur. Dəstək olmadığı zaman da bir neçə sayı dərgi çıxır, ondan sonra artıq maddi imkan olmur. Yəni, biz İrşad idarəsinin türkcə nəşrə görə siyasətlərini biraz daha geniş ələ almalıyıq, sadəcə senzura məsələsini deyil,” Hatəmi bildiirb.
SEE ALSO: İran mədəniyyət nazirliyi türkcə kitabların “İstanbul türkcəsi”ndə yazıldığını iddia edərək nəşrinə icazə vermirQobustan nəşriyyatının sahibi müsahibədə həmçinin “illərdir İranda türk dilinin dəyişimi və inkişafını əngəlləmək üçün yürüdülən sistemli basqı siyasətinin tamamilə uğursuz” olduğunu vurğulayıb.
O, deyib ki, “dil çox dəyişkəndir. Dilin dəyişiminin qarşısını almaq mümkün deyil. Bunlar bunu bir yerlərə yönləndirmək istəyir. Tamam yönləndirsinlər, ancaq bununla bir dilin dəyişiminin qarşısını almaq, qonşu ləhcələr ilə etkiləşimini (qarşılıqlı əlaqəsini) və ya təsir almasını əngəlləmək mümkün deyil. O sənəddə deyir ki, bu kəlmələr İstanbul türkcəsidir filan. Deyək ki, sənin dediyin doğrudur və bu kəlmələr bizim bölgədə yoxdur. Sən Türkiyədən bizim oraya kəlmələrin girməsini, istifadə edilməsini bütün gücünlə belə əngəlləyə bilməzsən! Çünki, dediyim kimi, dil axışqandır, etkiləşməyə və təsir almağa açıq bir sistemdir. Farsca da belədir. Farscanın özündə hər il yeni kəlmələr, yeni danışıq şəkilləri, hətta yeni cümlə strukturu ortaya çıxır.”
Ural Hatəmi bütün basqılara rəğmən İranda türk dilinin hələ də canlı bir dil olduğunu ifadə edib.
SEE ALSO: Mehdi Nəimi: İran dövləti türkcə əsərlərə senzura tətbiq edərək eybəcər bir dil ortaya çıxarmaq istəyirOnun sözlərinə görə, “illərdir sistematik bir şəkildə türk dilinin dəyişimini və inkişafını əngəlləməyə çalışırlar. Mənim şəxsi görüşüm budur ki, bu basqı siyasəti tamamilə uğursuz olub. Çünki, türkcə hələ də İranda yaşayır, hələ də ədəbiyyat yazılır, şeir yazılır və üstəlik Azərbaycan və Türkiyədən də bəzən başqa türk ləhcələrindən təsir alır. Bu da bu dilin hələ də canlı olduğunu göstərir. Bu islahiyyələr göstərir ki, hər keçən gün bunu əngəlləmək üçün siyasətlərini daha da sərtləşdirirlər. Demək ki, İrşad və Mədəniyyət İdarəsində bu senzura məsələsində türkcəyə qarşı ciddi bir hərəkətlilik var. Kaş o biri nəşriyyatlar da sənədləri yaysalar və bu, ciddi şəkildə gündəmə gəlsə. Yoxsa, başqa şəkildə bu siyasətə qarşı durmaq olmaz.”