Qərbi Azərbaycan vilayəti ətraf mühit baş idarəsinin müdiri Səid Şəhənd bu həftə İSNA agentliyinə müsahibədə Urmiyə gölünün arzu edilən vəziyyətdə olduğunu irəli sürüb.
Bu il yağıntıların artması ilə birlikdə Urmiyə gölündə su səviyyəsi müvəqqəti olaraq yüksəlmişdi. Ancaq, bir çox ekspert vəziyyətin kritik olaraq qalmaqda davam etdiyini qeyd edir.
Amerikanın Səsinə danışan araşdırmaçı Behzad Ciddi gölün vəziyyətini dəyərləndirmək üçün “suyun 10 illik ortalama miqdarına baxmağın” vacib olduğunu vurğulayır.
Your browser doesn’t support HTML5
“Əsasən təbii bir gölün vəziyyətini araşdırmaq istəsək, gərək suyun 10 illik ortlama miqdarına baxaq. Biz 10 illik ortalamanı ölçməliyik, müvəqqəti bir vəziyyəti deyil. Məsələn keçən aylarda baxsaq İranın şimalında, xüsusilə də bizim bölgədə, şimal-qərbdə yağıntı çox olub və normaldan 3 qat artıq yağıb bu il. Bu yağış səbəb olub ki, gölün vəziyyəti biraz yaxşılaşsın. Biz bilirik ki, bu yaxşılaşma müvəqqətidir. Bu birinci dəfə deyil. Təqribən 5 il bundan əvvəl Ruhaninin son dönəmində də yağıntılar oldu. Qərbi Azərbaycanda sel oldu və gölün vəziyyəti yaxşılaşmışdı. O zaman İran prezidenti çıxdı dedi ki, bizim işlər nəticə verib,” Behzad Ciddi söyləyib.
SEE ALSO: Ekspert: Dövlət yerli əhali ilə anlaşa bilsə, Urmiyə gölünün vəziyyəti düzələ bilərAraşdırmaçı gölün vəziyyətinin düzəlmisinin ancaq uzunmüddətli planlarla mümkün olacağını vurğulayıb.
Onun sözlərinə görə, “Urmiyə gölünün ətrafında törədilən təxribat o zaman düzələ bilər ki, bir uzummüddətli plan olsun. Biz araşdırmalara baxdığımızda görürük ki, gölün stabil vəziyyətə gəlməsi üçün illik ən az 3 milyard kubmetr su lazımdır.”
Ciddi hesab edir ki, dövlətin gölü canlandırmaq yönündə uzunmüddətli planları olmadığı kimi, milli hərəkata mənsub fəalların da gölün vəziyyətini gündəmdə saxlamaq və bu yöndə maarifləndirmə işləri yürütmək üçün uzumüddətli planları yoxdur:
SEE ALSO: Musa Aşüftə: Urmiyə gölü məsələsinin həlli üçün Tehranın Azərbaycan bölgəsinə baxışı dəyişməlidir“Təəssüf ki, milli hərəkatın Urmu gölünə görə uzunmüddətli planı yoxdur. Ona görə keçici xəbərlərə reaksiya göstəririk. Məsələn şəkil paylaşılır ki, gölün vəziyyəti pisləşib, biz də təpki göstəririk. Doğrudur, o təpkinin müvəqqəti təsirləri olur. Orada yerli rəsmilərə bir təsir buraxır. Bəzən etirazlar böyük olanda hətta mərkəzdə də bir səslənir. Ancaq, biz uzummüddətli plan götürməliyik və uzunmüddətli hədəfi əldə etməyənə qədər oturmamalıyıq. Misal, Urmiyə gölünə illik o 3 milyard kubmetr su təmin olunmayanadək oturmamalıyıq və məsələni gündəmdə saxlamalıyıq. Təəssüf ki, bunu etmirik.”
Behzad Ciddi həmçinin müsahibədə deyib ki, Azərbaycan Milli Hərəkatına mənsub fəallar Urmiyə gölünün vəziyyəti və gölü canlandırmaq üçün açıqlanan layihələrin yerinə yetirilib-yetirilmədiyini araşdırmalı və bu barədə dövlət agentliklərinin yaydığı xəbərlərə bağlı olmamalıdırılar.