Bu il yağıntıların artması ilə birlikdə Urmiya gölündə su səviyyəsinin müvəqqəti yüksəlməsinə baxmayaraq, göldə vəziyyət kritik olaraq qalmaqda davam edir.
Rəsmi qurumlar və mətbuatın yaydığı görüntülər və statistik məlumatlara əsasən, gölün vəziyyəti keçən ilin bu vaxtından daha yaxşı olsa da, suyun səviyyəsi üç il əvvəlki ilə müqayisədə daha aşağıdır.
Ətraf mühit və təbii qaynaqlar üzrə ekseprt doktor Əhməd Bayburdi deyib ki, Urmiyə gölünün vəziyyətində yaxşılaşma dövlətin bölgə əhalisi isə razılığa gəlməsi vasitəsi ilə mümkün ola bilər.
Şərqi Azərbaycan vilayətinin Kənd Təsərrüfatı və Təbii Qaynaqlar Araşdırma və Maarifləndirmə Mərkəzinin sabiq müdiri Əhməd Bayburdi gələcək iki ay ərzində buxarlanma sürətinin artması ilə gölün vəziyyətinin pisləşəcəyini deyib.
“Urmiyə gölündə suyun həcmi təxminən 2,6 milyard kubmetrdir. Son yağıntılar və gölün səthindən buxarlaşmanın aşağı həddə olması sayəsində vəziyyət nisbətən yaxşıdır, amma gələcək iki ayda buxarlaşmanın çoxalması ilə vəziyyət pisləşməyə gedəcək. Qərbi Azərbaycan valisi [və Urmiyə Gölünü Canlandırma Mərkəzinin katibi] gölü canlandırmaq istiqamətində nələr edildiyi barədə hesabat verməlidir,” Bayburdi öz X hesabında yazıb.
Ekspert Urmiyə gölündə yaranmış ekoloji durumun yaxşılaşdırılması ilə bağlı balanslaşdırılmış siyasətin yürüdülməli olduğunu əlavə edib.
“Urmiyə gölü ətrafında balanslaşdırılmış inkişaf siyasəti yürüdülməlidir. Dövlət bu ərazidə su istehlak edən yerli əhali ilə anlaşa bilsə vəziyyəti düzətmək olar. İstixana sənayesinə girmək üçün əkinçilərə kreditlər verilməlidir. İstixana avadanlığı və yeni texnologiyalardan yararlanaraq əkin sahələri azaldılmalı və suvarma səmərəliliyi artırılmalıdır,” o bildirib.
Forum