Zəncan Ümumi və İnqilab Prokurorluğunun 2 saylı istintaq şöbəsi zəncanlı bloqer Məhəmməd Müiniyə qarşı cinayət təqibini dayandırmaq barədə qərar verib.
Məhəmməd Müini məhkəmə qərarının surətini X hesabında paylaşıb. Onun paylaşımında qeyd edilir ki, məhkəmə onu "nizama qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamından bəraət etdirib.
Məhəmməd Müini Tehranda İsmail Haniyənin öldürülməsi ilə bağlı qısa bir yazı paylaşdığı üçün məhkəməyə çağırılmışdı. Bu, ona qarşı qaldırılan dördüncü cinayət işi idi.
Məhəmməd Müini bundan əvvəl təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək sorğu-suala çəkilmişdi. Ona qarşı "insanları bayram və etiraz etməyə dəvət etmək" və "rejim əleyhinə təbliğat fəaliyyəti göstərmək" kimi ittihamlar irəli sürülmüşdü. Nəticədə, birinci ittihamdan bəraət alsa da, ikinci ittihama görə cərimə cəzasına məhkum edilmişdi.
SEE ALSO: Prokurorluq milli fəal İbrahim Rəşidinin müdafiəsini rədd edibİranda ictimai və siyasi fəallar müxtəlif mövzularda sosial media platformalarında tənqidi məzmun paylaşdıqları üçün təhlükəsizlik qurumları tərəfindən təzyiqlərə məruz qalır. Onlar yalnız fikirlərini sosial mediada ifadə etdiklərinə görə müxtəlif ittihamlarla üzləşir, həbs və digər cəzalara məhkum edilir.