Accessibility links

Zəncanlı bloqer Məhəmməd Müini məhkəməyə çağırılıb


Məhəmməd Müini (Şəkil Muininin X sosial şəbəkə hesabından götürülüb)
Məhəmməd Müini (Şəkil Muininin X sosial şəbəkə hesabından götürülüb)

İranda 2022-ci ildə baş verən kütləvi etirazlarla əlaqədar təhlükəsizlik qüvvələrinin siyasi və mədəni fəallara qarşı təzyiqləri çərçivəsində 2023-cü ilin sentyabr ayında həbs edilən Zəncan şəhərindən olan bloqer Məhəmməd Müini yenidən Zəncan İnqilab Məhkəməsinə çağırılıb.

İnsan haqları mənbələri, o cümlədən HRA agentliyi bildirir ki, Məhəmməd Müini ona qarşı irəli sürülən ittiham əsasında bazar ertəsi məhkəməyə çağırılıb. O, "rejim əleyhinə təbliğat fəaliyyəti" ittihamından mühakimı olunur.

Məhəmməd Müini Zəncan Ümumi və İnqilab Prokurorluğundan telefonla məhkəməyə çağırılıb və ona yazılı bildiriş verilməyib.

Məhsa Əmininin polis nəzarətindəki ölümü sonrası başlayan etirazlarla əlaqədar həbs edilən Müini təhlükəsizlik qüvvələri tərəfindən bir günlük sorğu-sualdan sonra "insanları bayram və etiraz etməyə dəvət etmək" və "rejim əleyhinə təbliğat fəaliyyəti göstərmək" ittihamları ilə qarşılaşmışdı. O, birinci ittihamdan bəraət almış, ikinci ittiham üzrə isə cərimə cəzasına məhkum edilmişdi.

İnsan haqları təşkilatı "Kampain.info" bu yeni ittihamın mədəni fəallara və hökumət tənqidçilərinə qarşı təzyiqlərin davamı olduğunu bildirir.

Bloqerin məhkəməyə çağırılmasının dəqiq səbəbləri məlum deyil, lakin bunun hökumətə qarşı tənqidi məzmunların nəşri ilə əlaqədar olduğu güman edilir.

Forum

XS
SM
MD
LG