Türkiyədə sahibsiz itlərin öldürülməsinə yol açan yeni qanun etirazlara səbəb olub

Your browser doesn’t support HTML5

Avqustun 2-də Türkiyədə heyvan müdafiəsi qanununda edilən dəyişikliklər qüvvəyə minib. Yeni qanun küçə heyvanlarının toplanaraq bələdiyyə sığınacaqlarında saxlanılmasını və 30 gün ərzində sahibləndirilməzsə ağrısız evtanaziya edilməsini qanuniləşdirir. Bu dəyişiklik geniş etirazlara səbəb olub.