İranda mədəni fəal Məhəmmədrza Xəlilinin məhkəmə prosesi avuqustun 6-da Astara şəhərinin cəza məhkəməsində başladılıb.
Xəlili keçən ilin sentyabr ayında hazırda İranın Gilan vilayətinin tərkibində olan Astara şəhərinin Ərdəbil vilayətinə ilhaq edilməsi tələbi ilə təşkil olunan onlayn kampaniya ilə əlaqədar nəzarət altına alınıb və bir neçə gün sonra müvəqqəti azadlığa buraxılmışdı.
Aznews TV və Günaz TV kimi mənbələrin surətini yaydığı məhkəmə sənədində yazılanlara görə, Xəlili “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə insanları savaşmaq və bir-birini öldürməyə sövq etmək və ya təhrik etmək” ittihamı ilə mühakimə olunur.
SEE ALSO: Astara şəhərinin Ərdəbil vilayətinə ilhaqını tələb edən İran vətəndaşı müvəqqəti azadlığa çıxıb2023-cü ilin son həftələrində “Astaranın Ərdəbil vilayətinə ilhaqı tələbi” başlığı altında və İranın Daxili İşlər Naziri və Astara millət vəkilinə ünvanlanan bir petisiya İranın “Kaarzar” saytında dərc edilib və minlər şəxs tərəfindən imzalanmışdı.
SEE ALSO: İranda Astara şəhərinin Ərdəbil vilayətinə ilhaqını tələb edən vətəndaş həbs edilibPetisiyada yazılıb ki, “biz rəsmilərdən xahiş edirik ki, Astaranın Gilan vilayətinin mərkəzi Rəştdən uzaqlığını nəzərə alaraq, vilayət mərkəzinə olan məsafəni azaltmaqla yanaşı, şəhərimizi abadlaşdırmaq və inkişaf etdirmək üçün Astaranı dost və qardaş Ərdəbil vilayətinə ilhaq etsinlər.”