Vaşinqtonun Azərbaycan-Ermənistan sülh prosesində səyləri - keçmiş səfir Kazlariçlə müsahibə

Your browser doesn’t support HTML5

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə ABŞ dövlət katibi Blinkenin Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla ilə görüşü və Vaşinqtonun sülh sazişinin əldə olunması istiqamətində səyləri haqda danışıb.

Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın sülh danışıqları prosesində “inanılmaz irəliləyiş” əldə etdiyini və tərəfləri bu istiqamətdə təşviq etməkdə davam edəcəyini bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller sülh sazişinin hər iki ölkədə və regionda sülh, sabitlik və təhlükəsizlik üçün vacib olduğunu qeyd edib. Bu açıqlamalar ABŞ dövlət katibi Antoni Blinkenin bu ayın əvvəli NATO-nun Vaşinqtonda keçirilən sammiti çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ilə görüşündən sonra verilib. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə Vaşinqtonun sülh sazişinin əldə olunması istiqamətində səyləri haqda danışıb.