Çərşənbə günü, iyunun 5-də Zəncan həbsxanasında iki nəfər edam edilib. Bu iki məhbus narkotik qaçaqmalçılığı cinayətləri ilə bağlı ittihamlara görə edam cəzasına məhkum edilib və onlar barəsində hökm icra edilib.
İran İnsan Haqları Təşkilatı (İHR) bu şəxslərin son illərdə narkotik qaçaqmalçılığı ilə bağlı məhkəmədə edam cəzasına məhkum edilmiş Qəzvindən olan 32 yaşlı Nadir Xüsrəvi və Əhvazdan olan 27 yaşlı Nəsrullah Əyyubi olaraq kimliklərini açıqlayıb.
Bu məhkumların edam olunması ilə bağlı xəbərlər İran mətbuatında dərc olunmayıb.
Həmçinin İran mediasının yaydığı məlumata görə, Təbriz cinayət məhkəməsi bir şəxs üçün adam öldürmə ittihamı ilə 3 dəfə ölüm hökmü çıxarıb. Ölüm hökmünün Təbriz Mərkəzi Həbsxanasında icra ediləcəyinə qərar verilib.
İran İnsan Haqları Təşkilatının (İHR) internet saytının dərc etdiyi statistikaya əsasən, 2024-cü ilin əvvəlindən İranda 224 nəfər edam edilib.
Amnesty International təşkilatı hesabatında İranda keçən il 853 nəfərin edam edildiyini açıqlayıb. Həmin hesabta görə, İran, Çindin sonra dünyada ən çox edam cəzasını tətbiq edən ölkə olub.