İyunun 9-da naməlum şəraitdə itkin düşdüyü qeyd edilən əsgərin nəşinin tapıldığı açıqlanıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi iyunun 11-də məlumat yayıb.
"Bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib", - məlumatda deyilir
Hazırda faktla bağlı araşdırma aparıldığı bildirilir.
Rəsmi məlumata, hələlik, əsgərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Azərbaycan ordusunun hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun iyunun 9-da itkin düşdüyü bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) məlumatında deyilir.
Məlumata görə, o, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.