Accessibility links

İsrailin hərbi kabinetinin üzvü Benni Qantz müharibədən sonra Qəzza ilə bağlı planın olmaması səbəbindən istefa verib


İsrailin üç nəfərlik hərbi kabinetinin mərkəzçi üzvü Benny Gantz bəyanatla çıxış edir, 9 iyun 2024.
İsrailin üç nəfərlik hərbi kabinetinin mərkəzçi üzvü Benny Gantz bəyanatla çıxış edir, 9 iyun 2024.

İsrailin üç nəfərlik hərbi kabinetinin mərkəzçi üzvü Benni Qantz bazar günü istefa verdiyini açıqlayıb.

Bu addım hələ də parlamentdə çoxluq koalisiyasına nəzarət edən baş nazir Benyamin Netanyahu üçün dərhal təhlükə yaratmır. Lakin İsrail lideri ifrat sağçı müttəfiqlərindən getdikcə daha çox asılı vəziyyətə düşür.

Populyar keçmiş hərbi lider olan Qantz oktyabrın 7-də HƏMAS-ın hücumundan az sonra birlik nümayişi olaraq Netanyahu hökumətinə qoşulub.

Onun iştirakı eyni zamanda, İsrailin beynəlxalq tərəfdaşları arasında nüfuzunu artırıb. Qantzın ABŞ rəsmiləri ilə yaxşı əlaqələri var.

Qantz daha əvvəl Netanyahu müharibədən sonrakı dövrdə Qəzza zolağı üçün yeni plan hazırlamasa, iyunun 8-dək hökuməti tərk edəcəyini bildirmişdi.

Qantzın gedişi Netanyahunun Qəzzada müharibənin başlamasından səkkiz ay sonra diplomatik və daxili təzyiqlərin artdığı bir vaxt İsraildə və xaricdə hökumətə dəstəyin genişlənməsinə kömək edən mərkəzçi blokun dəstəyini itirməsi deməkdir.

Forum

XS
SM
MD
LG