Rusiyanın Cənubi Qafqazda strateji hesablamaları – Politoloq Leyla Əliyeva ilə söhbət

Your browser doesn’t support HTML5

Oksford universitetinin Rusiya və Şərqi Avropa tədqiqatları bölməsinin eksperti Leyla Əliyeva Amerikanın Səsinə müsahibədə Rusiyanın regionda strategiyası, Cənubi Qafqaz ölkələrinin Moskva ilə münasibətlərində tendensiyalar və Qərbin regionda rolu haqda danışıb.

Bir sıra ekspertlərin fikrincə, Rusiya qüvvələrinin Qarabağdan çıxması Moskvanın Cənubi Qafqaz regionunda strategiyasında mühüm dəyişikliyə işarə edərək, Rusiyanın bölgədə hərbi mövcudluğu deyil, iqtisadi təhlükəsizlik və nəqliyyat marşrutlarını prioritetləşdirdiyini göstərir. Ekspertlər region ölkələrinin Rusiya ilə münasibətlərinin dinamikasında dəyişikliklərə diqqət yetirir. Oksford universitetinin Rusiya və Şərqi Avropa tədqiqatları bölməsinin eksperti, Bürsseldə qərargahlanan Avropanın Dostları araşdırma mərkəzinin Təhlükəsizlik və Müdafiə Departamentinin baş elmi işçisi Leyla Əliyeva Amerikanın Səsinə müsahibədə Rusiyanın regionda strategiyası, Cənubi Qafqaz ölkələrinin Moskva ilə münasibətlərində tendensiyalar və Qərbin regionda rolu haqda danışıb.