Siyasi fəal Salar Tahir Afşar daha əvvəl “nizama qarşı təbliğat fəaliyyətində iştirak” ittihamı ilə məhkum olunduğu 6 aylıq həbs cəzasını çəkmək üçün Təbriz həbsxanasına göndərilib.
Hüquq müdafiəçiləri və İran Azərbaycanı ilə bağlı məlumat yayan kanallar bu barədə fəalın bacısı Sevda Tahir Afşara istinadən məlumat yayıblar.
Fəalın bacısı öz sosial media hesabında qardaşının iyun ayının 5-də Təbrizin mərkəzi həbsxanasına göndərildiyini paylaşıb.
Keçən gün eyni məhkəmə işi ilə əlaqədar 8 ay həbsə məkum olunan siyasi fəal və repçi Milad Cəlilinin də həbsxanaya göndərildiyinə dair xəbərlər yayılmışdı.
Salar Tahir Afşar göstərdiyi siyasi və mədəni fəaliyyətləri səbəbilə dəfələrlə həbs edilərək Urmiyə, Təbriz və Tehran kimi şəhərlərin təcridxanaları və həbsxanalarında saxlanılıb.
SEE ALSO: ‘Pan-Türkist məhkumlar’ üçün mahnı söyləməkdə ittiham olunan repçi Təbriz həbsxanasına göndərilibTahir Afşar ən son aprelin 20-də Tehranın Evin prokurorluğunun baxdığı başqa bir işlə əlaqədar bir neçə digər fəalla birlikdə “İranın milli təhlükəsizliyini pozmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamına qarşı özünü müdafiə edib.