Siyasi fəal və repçi Milad Cəlinin (Elşən) daha əvvəl məhkum olduğu səkkiz aylıq həbs cəzasını çəkmək üçün çərşənbə günü Təbriz həbsxanasına göndərildiyi bildirilir.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinin bildirdiyinə görə, iyun ayının 5-də məhkəmənin icra şöbəsinə müraciət edən sənətçi oradan Təbrizin mərkəzi həbsxanasına göndərilib.
Təbriz İnqilab Məhkəməsi bir müddət əvvəl Milad Cəlilini “pan-türkist və bölücü məhkumlara dəstək məqsədilə rep musiqisi ifa edərək İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə mühakimə edərək onu 8 ay həbsə məhkum etmişdi. Şərqi Azərbaycan Apellyasiya Məhkəməsinin isə ilkin hökmü eynən qüvvədə saxladığına dair qərarını aprel ayının son günlərində açıqlayıb.
SEE ALSO: Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi Milad Cəlili və Salar Tahir Afşarın şikayətini təmin etməyibMilad Cəlili 2023-cü ilin noyabr ayında Təbrizdə kəşfiyyat qurumunda sorğu-sual edilən türk fəallara dəstək olaraq ifa etdiyi mahnıdan dolayı saxlanılıb və 2 aydan artıq nəzarətdən sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.