İranda prezident İbrahim Rəisinin helikopter qəzasında ölümündən sonra yeni prezidentin seçilməsi üçün iyunun 28-də seçki keçiriləcək. Ultra mühafizəkar siyasətçi olan Rəisi, islahatçı və mötədil namizədlərin diskvalifikasiya edildiyi 2021-ci il seçkilərindən bəri hakimiyyətdə idi. Eyni zamanda, ayətullah olan Rəisi bir çoxları tərəfindən ali dini liderin oğlu Müctəba Xameneyi kimi 85 yaşlı Ayətullah Əli Xameneyinin potensial varisi hesab olunurdu. Təhlilçilər yeni prezident seçkilərinin nəticələrinin İranın siyasi kursunun müəyyənləşməsində həlledici ola biləcəyini bildirir. Azərbaycanın İrandakı keçmiş səfiri, şərqşünas alim Nəsib Nəsibli Amerikanın Səsinə müsahibədə İranda hazırda siyasi durum, İslam Respublikası rejiminin ölkə daxilində və xaricdə qarşılaşdığı risklər və Azərbaycan-İran münasibətləri haqda ilə danışıb.
İranda siyasi durum, Azərbaycan-İran əlaqələri - sabiq səfir Nəsib Nəsibli ilə müsahibə
Your browser doesn’t support HTML5
Azərbaycanın İrandakı keçmiş səfiri, şərqşünas alim Nəsib Nəsibli Amerikanın Səsinə müsahibədə İranda hazırda siyasi durum, İslam Respublikası rejiminin ölkə daxilində və xaricdə qarşılaşdığı risklər və Azərbaycan-İran münasibətləri haqda ilə danışıb.