Qərbi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi azərbaycanlı müəllim Kərim Bostançının işi üzrə birinci məhkəmənin hökmünü qüvvədə saxlayıb.
İran Müəllimlər Birliyinin Koordinasiya Şurasının Telegram kanalı və HRA xəbər agentliyinin yaydığı məlumata görə, Qərbi Azərbaycan vilayəti Apellyasiya Məhkəməsinin 23 saylı şöbəsi, müəllimlər həmkar ittifaqı fəalının 3 aylıq həbs və cərimə cəzasını qüvvədə saxlayıb.
Müəllimlər həmkarlar ittifaqı fəalı Kərim Bostançı Xızırabad, Urmiyə İnqilab Məhkəməsinin 2 saylı şöbəsi tərəfindən "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamından təqsirli bilinərək, 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Bundan əvvəl ingilis dili müəllimi Kərim Bostançı vilayətin Təhsil İdarəsinin inzibati pozuntulara baxan kollegiyaları tərəfindən məcburi təqaüdə çıxmağa məhkum edilmişdi.
Bölgədəki bəzi insan haqları mənbələri bu azərbaycanlı müəllimin 2022-ci il etirazlarının şəkillərini sosial media hesablarından birində paylaşdığı üçün 3 ay həbs cəzası aldığını bildirir.
Ümumiyyətlə, İranda ictimai və siyasi fəallar hökumət və ölkə idarəçiliyinə haqqında sosial mediada tənqidi yazılar dərc etdiklərinə görə kiber-polis və ya təhlükəsizlik qurumları tərəfindən həbs edilir və məhkəmə qarşısında müxtəlif ittihamlarla üzləşirlər.