Qərb ekspertləri Rusiya prezidenti Vladimir Putinin bu həftə kabinetində etdiyi kadr dəyişmələrinin Rusiyanın Ukraynada uzun müddətdə müharibəyə hazırlaşa bilməsinə işarə olduğunu bildirirlər. Ekspertlərin fikrincə, Rusiya prezidentinin uzun müddətdir müdafiə naziri vəzifəsində çalışmış Sergey Şoyqunun yerinə iqisadçı Andrey Belousuvu təyin etməsi onun Ukraynaya qarşı müharibədə səylərin artırılmasına çalışmasının göstəricisidir. Qərb ekspertləri bu kadr dəyişikliklərinin Ukraynada müharibə və Moskva və Qərb arasında qarşıdurma üçün nə demək olacağını sual edir. Maynts Universitetində Rusiya tarixi kafedrasının dosenti Zaur Qasımov Rusiyada kabinet dəyişiklikləri və Moskvanın Ukraynada hədəfləri və prezident Putinin beşinci dönəm hakimiyyətində Rusiyanın Qafqazla bağlı siyasəti haqda danışıb.
Rusiya kabinetində yerdəyişmələr və Ukraynada müharibə – Tədqiqatçı Zaur Qasımov şərh edir
Your browser doesn’t support HTML5
Maynts Universitetində Rusiya tarixi kafedrasının dosenti Zaur Qasımov Rusiyada kabinet dəyişiklikləri və Moskvanın Ukraynada hədəfləri və prezident Putinin beşinci dönəm hakimiyyətində Rusiyanın Qafqazla bağlı siyasəti haqda danışıb.