Çin Rusiyanın Ukraynadakı müharibəsinə yardım etdiyini inkar edir
Your browser doesn’t support HTML5
ABŞ dövlət katibi Antoni Blinken Çinə 3 günlük səfərini Çinin Rusiyaya yardım göstərdiyinə dair sübutların çoxalmasıyla bağlı Qərbin artan məyusluğu fonunda başa vurub. Onun gəlişindən bir gün əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çinin münaqişədəki rolunu qəti şəkildə təkzib edib.