İran polisi “Nur planı” adlandırdığı plan çərçivəsində kütləvi etirazlardan öncə olduğu kimi qadınların geyiminə nəzarət edir.
İranın Qərbi Azərbaycan vilayətinin polis komandiri Sərdar Rəhim Cahanbəxş İLNA xəbər agentliyinə verdiyi müsahibədə, polisin ictimai yerlər, iş yerləri və hətta avtomobillərdə qadınların geyimlərinə nəzarət etməyə davam etdiyini bildirib.
Polis maşınların içərisinə nəzarət etməklə, avtomobillərin içərisində məcburi hicaba riayət etməyən qadınları saxlayır və həmin maşını ələ keçirərək sahibinə cərimə yazır.
Eyni yanaşma iş yerlərində də həyata keçirilir. Polis məcburi hicab qaydalarına əməl etməyən qadınları müşahidə etdiyi təqdirdə, restoran və ya kafe kimi iş yerləri möhürləyir. Bu vəziyyətdən isə, taksi sürücüləri və iş yeri sahibləri mənfi şəkildə təsirlənir.
İran İslam Respublikası İrşad Patrulunu küçələrə qaytarması ilə aprelin 13-ü şənbə günündən etibarən qadınlara qarşı zorakı rəftara yenidən başlayıb və bunu “Nur Planı” adlandırıb.
SEE ALSO: Polis İranın Şərqi Azərbaycan vilayətində məcburi hicab qaydalarına əməl etməyənlərə xəbərdarlıq edibİffət və Hicab qanun layihəsinin hələ təsdiqlənməməsinə baxmayaraq, polis məcburi geyim koduna əməl etməyən qadınlara qarşı "Nur planı" adlandırdığı və 2022-ci il kütləvi etiraz aksiyalarından əvvəlki tədbirlərə bənzər şəkildə rəftar edir.
İran parlamentindəki millət vəkili Qulamrza Nuri Qızılca polis qüvvələrinin yenidən məcburi hicab qanunu ilə bağlı addımının qanuna zidd olduğunu bildirib.