Təbriz Ticarət Palatasının rəhbəri vilayətin enerji çatışmazlığı ilə üzləşdiyini bildirib

Təbriz

Təbriz Ticarət Palatasının rəhbəri Yunus Jaele vilayətin bir qrup iqtisadi fəalı ilə görüşdə deyib ki, “vilayətdə elektrik, su və qaz çatışmazlığı” vilayətin inkişafında problemlər yaradıb.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, iclasda Jaele vilayətdəki enerji probleminin həlli üçün bərpa olunan enerji sahəsində xarici investorların və ya xarici resursların cəlb edilməsini zəruri hesab edib.

O, həmçinin Şərqi Azərbaycan vilayətinin Milli İnkişaf Fondundan istifadə baxımından ölkədə ən az payı olan vilayətlərdən biri olduğunu bildirib və vilayətdə enerji çatışmazlığı səbəbindən bu fondun resurslarından ən azı 5%-nin ayrılmasını təklif edib və Şərqi Azərbaycan vilayətində bu fondun resurslarından xüsusən də bərpa olunan enerji ilə bağlı xərclənməli olduğunu irəli sürüb.

SEE ALSO: Şərqi Azərbaycanda bəzi rəsmilər vilayətin iqtsadiyyatında azalma olduğunu bildirib

Bu il bank faizinin 38%-ə yüksəlməsinə gəlincə, o deyib ki: “Bu artım vilayətdə biznes sahibləri üçün bir çox problemlər yaradacaq.”

Təbrizdə su qıtlığı ilə bağlı Yunus Jaele Araz çayından suyun Təbrizə köçürülməsini də təklif edib və bildirib ki, bu məsələ illər əvvəldən tələb olunsa da, hələ də həyata keçirilməyib. O, validən bu layihəni həyata keçirmək üçün səy göstərməsini və vilayətdə su çatışmazlığı problemini həll etməyi xahiş edib.

Şərqi Azərbaycan Regional Su Şirkətinin direktoru Yusif Qafarzadə İran mətbuatına bildirib ki, Araz suyunun Təbrizə nəqli layihəsi ilə bağlı kredit problemi var.