Accessibility links

Şərqi Azərbaycan valisi: Vilayətdə elektrik enerjisi təminatında ciddi problem var


Şərqi Azərbaycan vilayətinin valisi Abidin Xürrəm
Şərqi Azərbaycan vilayətinin valisi Abidin Xürrəm

Şərqi Azərbaycan vilayətinin valisi Abidin Xürrəm vilayətin elektrik enerjisinin təminində ciddi problem olduğunu açıqlayıb.

Fars xəbər agentliyinin məlumatına görə, Şərqi Azərbaycanın valisi vilayətin elektrik enerjisinə olan ehtiyacının təmin edilməsi problemi barədə deyib ki, “Bizim istehsalımız vilayətin ehtiyacları ilə müqayisədə azdır və ən kiçik problem şəbəkə balansının düşməsinə və böyük problemlərə səbəb olur”.

Vilayətin elektrik istehlakı idarəsi işçi qrupunun iclasında çıxış edən Xürrəm, vilayətdə bu problemin həlli yolunu düşünməyi tələb edib.

Şərqi Azərbaycan valisi vilayətdə elektrik enerjisi böhranını qısa müddətli olaraq aradan qaldırmaq üçün iri və çox istehlak edən sənayelərdən kiçik miqyaslı elektrik stansiyalarının tikintisində iştirak edərək elektrik enerjisinin bir hissəsini təmin etməyə kömək etmələrini xahiş edib.

Xürrəm vilayətin elektrik enerjisi sahəsində mövcud böhranlı vəziyyətini elektrik enerjisi istehsal etmə sahəsində keçmişdə yol verilmiş nöqsanların nəticəsi kimi qiymətləndirib.

Bu, ilk dəfə deyil ki, Şərqi Azərbaycan valisi elektrik enerjisi böhranından narahatlığını bildirir. Bundan öncə də o, dəfələrlə vilayətdə su və elektrik enerjisi ilə bağlı çatışmazlıqların həlli yolları düşünülüb, tədbir görülməsini istəmişdi.

Sənaye sektoruna elektrik enerjisi tədarükünün 30 faiz azalmasını araşdırmaq üçün yanvar ayında özəl sektor sənaye təmsilçiləri ilə keçirdiyi görüşdə o, vilayətin elektrik probleminin həlli üçün özəl sektorun daxil olmasını və bu mövzuda hökumətə kömək etməsini istəmişdi.

Abidin Xürrəm həmçinin ötən ilin noyabrında vilayətin su və elektrik vəziyyətini “narahatedici” adlandırmışdı.

Şərqi Azərbaycan vilayətinin enerji sahəsinin rəsmilərinin məlumatına görə, bu vilayətdə orta elektrik enerjisi istehlakı 1500 meqavat olduğu halda, ötən ilin yayında vilayətin istehlakı 2500 meqavata çatıb.

Ötən il yay mövsümündə Təbrizdə günlük elektrik kəsinti cədvəli yayımlanaraq vətəndaşlar gündəlik elektrik kəsilməsinin şahidi olublar. Təbrizlə yanaşı, İran Azərbaycanının digər vilayətləri də bu problem ilə üzləşmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG