Rusiya təbliğatı Ukraynanın ordu siyasətini təhrif edir
Your browser doesn’t support HTML5
Rusiya apardığı təbliğatın yönünü 2022-ci ildə Ukraynaya qarşı başlatdığı müharibəni əsaslandırmaqdan, Ukrayna müqavimətini qeyri-populyar və zəif göstərməyə çalışmağa dəyişir. Bunun bir hissəsi kimi, Ukraynada həssas mövzu olan vətəndaşların məcburi hərbi qulluğa çağırış siyasətini təhrif edir.