Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Azərbaycanda saxlanılan erməni əsilli insanlara baş çəkib.
Bu barədə Komitənin Bakı nümayəndəliyi məlumat yayıb.
Məlumata görə, başçəkmə aprel ayında olub. Saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələrilə əlaqəsi üçün şərait yaradılıb.
Komitənin mandatına uyğun olaraq, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftar və saxlanma şəraiti qiymətləndirilir.
Qurum şəxslərin ailələrilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır.
Beynəlxalq Qızıl Xaç Komitəsinin prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.
Komitə baş çəkdiyi şəxslərin adlarını açıqlamır.
2023-cü ilin sentyabrında Qarabağda hərbi əməliyyatdan sonra özünü "Dağlıq Qarabağ Respublikası" adlanıdran tanınmamış qurumun bir sıra yüksək vəzifəli şəxsləri, o cümlədən üç keçmiş rəhbəri, həmçinin "parlament spikeri", keçmiş "dövlət naziri" və iki hərbçi saxlanılaraq Bakıya gətirilib.