Aslı Aydıntaşbaş: Bələdiyyələr və bələdiyyə başçılarının demokratiya uğrunda mübarizədə böyük önəmi var

Your browser doesn’t support HTML5

Brukinqs İnstitutunun əməkdaşı Aslı Aydıntaşbaş Amerikanın Səsinə müsahibədə Türkiyə seçkilərinin nəticələrinin ölkənin siyasi gələcəyinə və regiona mümkün təsirlərini şərh edib.

Türkiyədə martın 31-də keçirilən bələdiyyə seçkiləri müxalif Cumhuriyyət Xalq Partiyası (CHP) üçün böyük qələbə, prezident Ərdoğan və hakim Ədalət və İnkişaf Partiyası (AKP) üçün isə ciddi məğlubiyyət kimi qiymətləndirilir. Prezident Ərdoğan son 20 ildə Türkiyə siyasətində dominant fiqur olub və bir sıra təhlilçilər seçkilərin nəticələrinin Türkiyənin siyasi mənzərəsində dəyişikliklərin baş verə bildiyinə işarə olduğunu bildirirlər. Brukinqs İnstitutunun əməkdaşı Aslı Aydıntaşbaş Amerikanın Səsinə müsahibədə Türkiyə seçkilərinin nəticələrinin ölkənin siyasi gələcəyinə və regiona mümkün təsirlərini şərh edib.