Martın 13-də feminist fəal Nərmin Şahmarzadə yaşadığı mənzilə mülki geyimli polis əməkdaşının gəldiyini bildirib.
O Amerikanın Səsinə deyib ki, yaşadığı mənzilin qapısını əvvəlcə tanımadığı bir qadın döyüb.
Your browser doesn’t support HTML5
“Mən qadından soruşdum ki, o kimdir. Qadın səs vermədi. Başa düşdüm ki, sadəcə qadından istifadə edib mənzilə daxil olmaq istəyirlər. Bu zaman iki mülki geyimli şəxs polisdən olduğunu və qeydiyyatı yoxladıqlarını bildirdi. Mən qeydiyyatı sahə müvəkkilinin yoxladığını bildirdim. Onlara dedim, vəkilim gəlməyincə qapını açmayacam. Vaxt qazanmaq üçün nömrələrini qapıarxasından alıb ev sahibinə atdım ki, evlə bağlıdırsa, danışsınlar. Evlə bağlı danışmayıblar ev sahibi ilə, onu evə dəvət ediblər ki, gəlin burada danışaq. Bu gözləmə prosesi ərzində qapının zəngini təkidlə basmağa, qapını açdırmağa çalışırdılar. Vəkilim Zibeydə Sadıqova gəldi, onlar həmin an yuxarıdakı qapıda deyildilər. Evdən çıxırdım, vəkilimdən xahiş etdim, prospektə qədər müşayiət etsin məni. Aşağı düşəndə 3 mülki geyimli polis balkonumun qabağında gözləyirdi. Baxdılar, sonra biz yeriyəndə maşını parklamadan çıxarıb hərəkət etdilər. Yəni qeydiyyat üçün gələn polis üzümə baxır, amma yaxınlaşıb nəsə soruşmur, mən vəkillə çıxandan sonra gedir? Hazırda izlənib, izlənmədiyimi bilmirəm”, o qeyd edib .
Şahmarzadə həmçinin Facebook səhifəsində yazıb ki, evində tapa biləcəkləri sadəcə bankanın içindəki əlavə qəpiklər ola bilər.
“Bir də evə girəcəklərsə, axtarış zamanı əşyaları dağıdıb çıxmasınlar”, o qeyd edib.
Öz növbəsində, Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Amerikanın Səsinin baş verənlərlə bağlı sorğusuna hələ cavab verməyib.