Martın 8-də Azərbaycan Feminist Hərəkatı “8 Marş – Duruş sərgiləyirik” piketi keçiriblər. Xurşidbanu Natəvanın heykəlinin önündə toplaşan fəalların piketi polis müşayiəti ilə baş tutub.
Qadın haqları fəallar iqlim dəyişikliyinə, ədalətsiz əmək haqqına, erkən nikahlara, məişət zorakılığına, LGBTQİ+ların pozulan hüqualarına, qarşılaşdıqları ayrı-seçkiliyə etiraz ediblər. Onlar həbs edilən qadın jurnalistlər – Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımovanın, eləcə də həbs olunan digər siyasi məhbus hesab edilən şəxslərə azadlıq tələb ediblər.