Təbriz Texniki Kollecinin tələbəsi, Təbriz şəhərinin sakini Ehsan Fəridi martın 8-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Bu barədə bölgədəki hüquq müdafiəçiləri sosial mediada məlumat yayıb.
Bu azərbaycanlı tələbənin harada saxlandığı və hansı ittihamlarla həbs edildiyi barədə heç bir məlumat yoxdur.
Fəridinin Təbriz Texniki Kollecində istehsalat mühəndisliyi ixtisası üzrə təhsil aldığı bildirilir.