Kremlin təbliğat şablonu heç vaxt dəyişmir: Navalnının başına nə gəlirsə, Rusiya bunu Qərbin üzərinə atır

Your browser doesn’t support HTML5

2024-cü il 16 fevral tarixində Rusiya müxalifət lideri Aleksey Navalnın sərt Arktik Dairə həbs düşərgəsində öldüyü elan edildi. Navalnıya qarşı baş tutmuş hücumların hər birində Moskvadakı səlahiyyətlilər günahı ABŞ və onun Qərb müttəfiqlərinin üzərinə yıxmağa çalışıblar.