“Məktəbimiz bərbad vəziyyətdə, yollarımız bərbad vəziyyətdə, qaz yoxdur, Wi-Fi yoxdur”
Your browser doesn’t support HTML5
Qubanın Çiçi kəndində 800-dən çox insan yaşayır. Kənddə qaz yoxdur. İşsizliyin baş alıb getdiyini deyən sakinlər qaz ehtiyacı üçün odun almalı olduqlarını deyirlər. Bu da kəndlilərin onsuz da pis olan dolanışığını daha da çətinləşdirir.