Vəkil: Hafiz Babalının həbsdə saxlanılması üçün maddi və prosessual əsaslar mövcud deyil

Hafiz Babalı

Yanvarın 10-da Bakı Xətai rayon məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə araşdırmaçı jurnalist Hafiz Babalının ev dustaqlığına buraxılması ilə bağlı vəkilin verdiyi şikayətə baxılıb. Bu barədə Hafiz Babalının vəkili Rəsul Cəfərov bildirib. Onun sözlərinə görə, məhkəmə vəsatəti təmin etməyib.

“Bizim vəsatətimiz ondan ibarət idi ki, Hafiz Babalının həbsdə saxlanılması üçün maddi və prosessual əsaslar mövcud deyil. Şəxs barəsində həbs seçilməsi üçün ilkin sübutlar məcmusu tələb olu nur. Bu Avropa İnsan Haqları Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddəsinintələbidir. Burada nəyinki sübutların məcmusu, heç bir sübut yoxdur. Hafiz Babablının qaçması, istintaqdan yayınması, istintaqa hər hansı formada təsir göstərməsi də sübyektiv ehtimallar üzərindədir. Ona dəlalət edən heç bir xüsusat ortada yoxdur”, vəkil deyib.

Your browser doesn’t support HTML5

Vəkil: Hafiz Babalının həbsdə saxlanılması üçün maddi və prosessual əsaslar mövcud deyil

Bundan əlavə Rəsul Cəfərov bildirib ki, jurnalistin səhhətində problem yoxdur.

“Saxlanma şəraitindən heç bir narahatlığı yoxdur. Mən iki gün öncə onunla Bakı İstintaq təcridxanasında da görüşmüşəm. Heç bir narahatlığı yoxdur”, Cəfərov əlavə edib.

Dekabrın 13-də Turan Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı "xarici valyuta qaçaqmalçılığı" ittihamı ilə saxlanılıb. O, "Abzas Media" jurnalistlərinin işi üzrə istintaqa cəlb edilib.

Dekabrın 14-də Bakının Xətai Rayon Məhkəməsi Hafiz Babalı barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsi Hafiz Babalının barəsində verilmiş apellyasiya şikayətlərini təmin etməyib.

Araşdırmaçı jurnalistin həbsi çoxsaylı beynəlxalq təşkilatllar, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Hafiz Babalı son günlər Azərbaycanda həbs edilən 8-ci jurnalistdir.