Hüquq müdafiəçiləri keçən bir həftə ərzinddə Ərdəbil şəhərində ən azı 5 edam məhkumunun dar ağacından asıldığını bildiriblər. Bundan əlavə, təqribən 10 gün əvvəl həmin həbsxanada 4 daha məhkumun dar ağacından asıldığına dair məlumat ilk dəfə cümə və şənbə günü yayılıb.
Norveçdə yerləşən İran İnsan Haqları təşkilatı (IHR) dekabr ayında Ərdəbil vilayətinin həbsxanalarında təqribən 70 məhkumun edam gözlədiyini bildirmişdi.
Rəsmi dövlət agentliyi İRNA yanvar ayının 2-də narkotik maddə qaçaqmalçılığı ilə əlaqədar mühakimə olunmuş üç şəxsin Ərdəbilin mərkəzi həbsxanasının həyətində asıldığını yazmışdı.
İRNA həmin xəbərinddə 6 digər məhbusun edam cəzasının başqa bir tarixdə həyata keçirildiyini bildirib.
IHR təşkilatı isə iki digər məhkumun cümə axşama günü səhər saatlarında Ərdəbil mərkəzi həbsxanasında asıldığını bildirib. Hüquq müdafiə qurumuna istinadən edam olunan şəxslər təqribən 3 il öncədən həbsxanada saxlanılırdılar.
SEE ALSO: Ərdəbil vilayətində iki məhkum asılıb, onlarla məhkum isə edam gözləyirCümə axşamı günü eyni ittihama görə edama məhkum olmuş başqa bir vətəndaşın hökmü Həmədan həbsxanasında tətbiq olunub. Həmədanda edam edilən şəxsin 29 yaşlı Səid Muradiyan olduğu açıqlanıb.
Nağı Zairfər adlı başqa bir edam məhkumunun yanvarın 2-də Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində asıldığına dair məlumat yayılıb. Zairfər də qaçaqmalçılığa görə mühakimə olunmuşdu.
İHR noyabr ayında bildirib ki, İslam Respublikası 2023-cü ildə 700-dən çox insanı edam edib ki, bu, son 8 ilin ən yüksək göstəricisidir.