İsrail müdafiə qüvvələri HƏMAS-a qarşı Qəzzada havadan və quruda hücumları davam etdirir. Oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı 1400 nəfərin ölümü ilə nəticələnmiş hücumundan sonra İsrailin Qəzzada əməliyyatları nəticəsində HƏMAS-ın nəzarətində olan Qəzza səhiyyə rəsmilərinin bildirdiyinə görə, 21 mindən çox insan həyatını itirib. Üç aya yaxındır davam edən müharibə İsrail və Fələstinlilər arasında ən dağıdıcı və ölümcül qarşıdurmalardan biri sayılır. Yaxın Şərqdə İsrail-Fələstin münaqişəsi uzun tarixə malikdir və onilliklər ərzində regionda dəfələrlə müharibələr baş verib. Tarixçi, professor Cəmil Həsənli Amerikanın Səsinə müsahibədə münaqişənin tarixi, İsrail dövlətinin yaranması, keçmiş Sovet İttifaqının İsrailə dəstəyi və ölkə ilə münasibətləri, eləcə də Azərbaycanda o dövrdə yəhudilərə münasibət və hazırda Ukraynada və Yaxın Şərqdə münaqişələrin beynəlxalq nizama mümkün təsirləri haqda danışıb.
İsrail-Fələstin münaqişəsinin tarixi - Professor Cəmil Həsənli ilə söhbət
Your browser doesn’t support HTML5
Professor Cəmil Həsənli Amerikanın Səsinə müsahibədə münaqişənin tarixi, İsrail dövlətinin yaranması, Sovet İttifaqının İsrailə dəstəyi və ölkə ilə münasibətləri, Azərbaycanda o dövrdə yəhudilərə münasibət və hazırda Ukraynada və Yaxın Şərqdə münaqişələrin beynəlxalq nizama təsirləri haqda danışıb.