Rusiyanın yeni tarix dərslikləri tarixi revizionizmin ən bariz nümunəsidir

Your browser doesn’t support HTML5

Bu ilin avqustunda Rusiya Təhsil Nazirliyi əvvəlki nəşrləri əvəz edən müasir Rusiya tarixi və dünya tarixi kurslarının iki yeni dərsliyini təqdim edib. Bu yeni tarix kitabları Kremlin propagandası və rus vətənpərvərliyini təbliğ etmək üçün hazırlanmış psevdo-tarixlə doludur.