ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi dekabrın 14-də ukraynalı həmkarı Vladislav Kanevski ilə görüşüb.
Bu barədə ABŞ səfirliyi X Platformasında məlumat yayıb.
"Bu gün Ukraynanın səfiri Vladislav Kanevski ilə görüşmək çox xoş oldu. Mən ABŞ-nin "Stand With Ukraine" platforması çərçivəsində öhdəliklərini və Cənubi Qafqazda ümumi prioritetləri irəli sürmək üçün birgə işləməyi səbirsizliklə gözləyirəm", səfir Libbi bildirib.
ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi dekabın 2-də Bakıya gəlib.
Səfir Libbinin gəlişi iki ölkə arasında münasibətlərin pisləşməsi ilə eyni vaxta təsadüf edib.
Noyabrın 15-də ABŞ Konqresində dinləmələrdə Dövlət katibinin köməkçisi O'Brayn bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanana qədər Vaşinqton Bakı ilə əlaqələri dayandırır. Buna cavab olaraq Bakı ABŞ-ı USAID və digər donor təşkilatları vasitəsilə Azərbaycan əleyhinə fəaliyyət göstərməkdə ittiham edib.
Xatırladaq ki, ABŞ səfiri Mark Libbi dekabrın 2-də Azərbaycana gəlməsinə baxmayaraq, hələ də onun etimadnaməsi qəbul edilməyib.