Tələbə fəalı Pərəstu Fəridi və Təbriz Universiteti tələbəsi bu gün dekabrın 3-də müvəqqəti olaraq həbsdən azad edilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Pərəstu Fəridi 100 milyon tümənlik girov müqabilində məhkəmənin son qərarına qədər müvəqqəti olaraq Təbriz Mərkəzi Həbsxanasından sərbəst buraxılıb.
SEE ALSO: Təbrizdə tələbə fəal Pərəstu Fəridinin həbs edildiyi bildirilirOnun keçən noyabr ayının 4-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, naməlum yerə aparıldığı bildirilmişdi. Təhlükəsizlik qüvvələri onu atasının evində həbs etdiyi zaman şəxsi əşyalarını müsadirə edib.
Pərəstu Fəridi, təxminən bir ay müddətinə təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılaraq sorğu-suala çəkilib.
Sənaye mühəndisliyi tələbəsi olan Fəridiyə qarşı irəli sürülən ittihamlar barəsində hələ ki, məlumat yoxdur.