Accessibility links

Təbrizdə tələbə fəal Pərəstu Fəridinin həbs edildiyi bildirilir


Pərəstu Fəridi (Mənbə: HRA News saytı)
Pərəstu Fəridi (Mənbə: HRA News saytı)

Hüquq müdafiə qurumları Tərizdə tələbə fəal Pərəstu Fəridinin İranın təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alındığına dair məlumat yayıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Pərəstu Fəridi şənbə günü Təbrizdəki evində saxlanılıb.

Fəridini həbs edən məmurlar həmçinin evdə axtarış aparıb və onun bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonu və kompüterini müsadirə ediblər.

Pərəstu Fəridinin Təbriz Universitetində sənaye mühəndisliyi tələbəsi olduğu bildirilib. Onun hansı ittihamlara görə tutulub və hazırda harada saxlanıldığına dair məlumat yayılmayıb.

Keçən təqribən 2 ay ərzində Təbrizdə nəzarət altına alınan çox sayda türk dil haqları fəalı da mühakimə olunmadan təhlükəsizlik qurumunun təcridxanasında saxlanılmağa davam edirlər.

Son vaxtlar Təbriz həmçinin Röya Zakiri adlı bir gənc qadın məcburi hicab qaydalarına riayət etmədiyinə görə öncə hicaba nəzarət edən qüvvələrin zorakılığına məruz qaldığı və daha sonra həbs edildiyi bildirilir.

Forum

XS
SM
MD
LG