ABŞ-ın Azərbaycandakı səfirliyi DanceAbility Azerbaijan Performans Şirkətinin "Bütün Bədənlər Danışır" programına sponsorluq edir.
ABŞ Səfirliyinin məlumatında deyilir ki, proqram fiziki məhdudiyyətli insanlar üçün inkluzivlik, müxtəliflik və bərabərliyi artırmaq hədəflərini dəstəkləyir.
Səfrilik bildirir ki, DanceAbility Azərbaycan Təsir Günləri tədbirinin açılış mərasimində çıxış edən ABŞ səfirliynin Mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Salman Hacı ABŞ-nin “Bütün insanlar bərabər yaradılıb" milli şüarına əsaslanaraq, Birləşmiş Ştatların təməl prinsipi kimi inkluzivliyin vacibliyini vurğulayıb.
“Birləşmiş Ştatlar 30 il əvvəl imzalanan "Fiziki məhdudiyyətli amerikalılar haqqında akt"dakı vədlərinə sadiqdir. Akt - əmək, təhsil, nəqliyyat və rabitə də daxil olmaqla ictimai həyatın bütün sahələrində fiziki məhdudiyyəti olan şəxslərə qarşı ayrıseçkiliyi qadağan edir. Hər birimiz istisnasız hər hansı bir sahəyə töhfə verə bilərik və ABŞ səfirliyi bu gözəl insanları və onların uğurlarını qeyd etməkdən qürur duyur”, Salman Hacı qeyd edib.
2017-ci ildə Bakı şəhərində Nigar Sultanova tərəfindən təsis edilmiş “DanceAbility Azərbaycan” İnklüziv Performans Şirkətinin hədəfi ustad dərslər, müəllim təlim proqramları, əlilliyi olan və olmayan şəxslərin birgə keçirdiyi rəqs və digər nümayişləri vasitəsilə inklüziv cəmiyyətin inkişafına töhfə verməkdən ibarətdir.