Ərdəbildə Əli Dayi stadionunun tikintisi 31 il sonra hələ də tamamlanmayıb

Ərdəbildə Əli Dayi Stadionu

Ərdəbil prokurorunun müavini Murtuza Tahirifərd Əli Dayi stadionunun yaxşı vəziyyətdə olmadığını və stadionun avadanlıqlarının "əhəmiyyətli hissəsinin oğurlandığını" açıqlayıb. Bu stadionun tikinti işləri 1992-ci ildə başlayıb, 2007-ci ildə açılış bu 20 min nəfərlik stadionun açılış mərasimi keçirilib, lakin 15 ildən sonra bu layihə hələ də istifadəyə verilməyib.

Ərdəbil vilayətinin prokuroru Əli Dayi stadionu layihəsində "ictimai hüquqların pozulması və dövlət xəzinəsinə xəyanət" halları baş verdiyini bildirib. Bu məhkəmə orqanının sözlərinə görə, bu layihənin həyata keçirilməsi müddətində bir çox maliyyə korrupsiyasına yol verilib.

Bu stadiondakı vəziyyətin və şəraitin "kritik və qəbuledilməz" olduğunu bildirən Ərdəbil vilayəti prokurorunun müavini həmin layihə üzrə məsuliyyət daşıyan vəzifəli şəxsləri tənqid edib.

Tahirifərd bu yarımçıq buraxılmış stadion layihəsinin istifadəyə verilib-verilməyəcəyinin belə məlum olmadığını bildirərək, korrupsiyada əli olan fiziki və hüquqi şəxslərin cəza alacağını vəd edib.

İranda yarımçıq qalmış layihələr yeni problem deyil və bu problem bir çox müxtəlif layihələrdə müşahidə olunur. Kifayət qədər kreditin ayrılmaması və layihənin icraedici vəzifəli şəxslər tərəfindən maliyyə korrupsiyası İranda layihələrin yarımçıq qalmasına səbəb olur.