Kənduvan kəndi Ümumdünya Turizm Təşkilatının ən yaxşı kəndlər siyahısına daxil edilib

Kənduvan kəndi, Şərqi Azərbaycan vilayəti

Ümumdünya Turizm Təşkilatı (UNWTO) 2023-cü ilin ən yaxşı qlobal turizm kəndlərinin siyahısını dərc edib. İran Azərbaycanının kəndlərindən biri olan Kənduvan bu siyahıya daxil edilib.

Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Turizm Təşkilatının 25-ci Baş Assambleyası çərçivəsində ən yaxşı turizm kəndlərinin elan edilməsi mərasimində dünyanın hər yerindən təxminən 260 müraciət arasından 54 kənd daxil olmaqla, dünyanın ən yaxşı kəndlərinin siyahısı açıqlanıb. Beləliklə, Ümumdünya Turizm Təşkilatının ən yaxşı kəndlər siyahısının sayısı 74-ə yüksəlib.

Ümumdünya Turizm Təşkilatının rəsmi saytında dünyanın ən yaxşı kəndlərinin seçilməsində mədəni və təbii sərvətlər, mədəni sərvətlərin təbliği və mühafizəsi, iqtisadi dayanıqlıq, sosial dayanıqlıq və ekoloji dayanıqlıq daxil olmaqla 9 meyar qeyd olunub.

İran İslam Respublikasının Mədəni İrs və Turizm nazirinin müavini Əli Əsgər Şalbafiyan İRNA xəbər agentliyinə bildirib ki, İrandan 8 kəndin adı bu təşkilata təqdim edilib və təşkilat bu 8 kənd arasından Kənduvanı seçib.

Kəndəvan kəndi Şərqi Azərbaycan vilayətinin Üskü şəhərində yerləşir və bir neçə min illik tarixə malikdir. Kəndin evləri qayaların içində yerləşir və Türkiyənin Kapadokya şəhərində qayalardakı evlərlə bənzərliyi ilə tanınır.