Accessibility links

İran Azərbaycanında aşkar edilmiş tarixi qızıl kasanın plastik qabda saxlanması İranda tənqidlə üzləşib


Ərdəbil vilayətinin Meşginşəhr (Xiyav) şəhərində İranın Mədəni İrs nazirinin Meşginşəhr Qızıl Kasasının saxlama konteynerini ziyarət etməsi videosunun yayımlanması tənqid və reaksiyalarla nəticələnib.

İranın dövlət televiziyasında da yayımlanan bu videonun xəbərindən görünür ki, Mədəni İrs Naziri İzzətullah Zərqami çörək qabına bənzər plastik qabın içərisində pambıq arasına biçilmiş şəkildə saxlanılan qədim Meşginşəhr Qızıl Kasasını ziyarət edir.

İranın dövlət televiziyası xəbər proqramı bu barədə məlumat verib: “Meşginşəhr Qızıl Kasasının minimal şəraitdə saxlanması və Mədəni İrs Nazirinin iştirakı ilə konteynerin açılışı xəbəri gündəm olub. Video görüntüdə göründüyü kimi, bu tarixi əşyanın qorunma şəraiti uyğun deyil.”

Bu xəbər İran televiziyasında yayımlandıqdan və sosial şəbəkələrdə mədəni irslə maraqlananlar tərəfindən çoxlu tənqidlər səsləndirildikdən sonra Mədəni İrs naziri İzətullah Zərqami bununla bağlı açıqlama verib.

O bildirib ki, bu kasa digər tarixi obyektlərlə birlikdə vilayətin Təhlükəsizlik Şurası tərəfindən Milli Bankın şöbələrinin birində saxlanılır. O, Meşginşəhrə səfəri zamanı fikrini rahatlaşdırmaq üçün bankın kassasına baş çəkdiyini deyib.

İranın Mədəni İrs Naziri İzzətullah Zərqami
İranın Mədəni İrs Naziri İzzətullah Zərqami

Zərqami, bu qədim əsərin çox qatlı bir də və müxtəlif seyf qutularında qorunub saxlanıldığını izah etsə də, sonuncu qutu bir plastik qabdır. Lakin o, öz sözlərində ölkədə tarixi sənədlər və əşyaların saxlanması şəraitinin uyğun olmadığını etiraf edib və bu vəziyyətdən “razı olmadığını” bildirib.

“Muzeylərimiz tarixi əşyalarımızın və tarixi sənədlərimizin demək olar ki, 90 faizini nümayiş etdirə bilmir”. -deyə Mədəni İrs naziri söyləyib. O, bunun səbəbini ölkədə bir çox tarixi əşyaların məcburi şəkildə arxivlərdə saxlandığını, muzeylərin imkanlarının və sahəsinin yetərli olmamasında hesab edib.

İran Azərbaycanının Ərdəbil vilayətində yerləşən Meşginşəhr zəngin tarixi keçmişə malik, tarixi-sivilizasiya abidələri ilə zəngin bölgələrdən biri, Şəhəryeri tarixi bölgəsi isə bu şəhərin İran Azərbaycanının ən görkəmli tarixi və sivilizasiya bölgələrindən biridir.

2014-cü ilin iyun ayında Tasnim xəbər agentliyi Ərdəbil vilayətinin Mədəni İrs İdarəsinin rəisinə istinadən verdiyi xəbərdə, 300 tarixi əsər, o cümlədən tarixi obyektlərin qaçaqmalçılıq yolu ilə daşınmasının aşkar edilərək müsadirə edildiyini və Meşginşəhr Qızıl kasasının da bu əşyalar arasında aşkar edildiyini açıqlamışdı.

Bundan sonra Mədəni İrs Nazirliyi Meşginşəhr Qızıl Kasasının tapıldığı ərazidə arxeoloji işlərinə başlayıb. Bu qızıl kasa Dəmir dövrünə və eramızdan əvvəl minilliyə aiddir.

İran Azərbaycanında milli fəallar, tarixi abidələrin, binaların və əşyaların düzgün şəkildə mühafizə edilmədiyi haqda tənqidlər irəli sürürlər. Milli fəallara görə, bu tarixi əsərlər nəinki müxtəlif amillərlə dağıdılıb məhv edilir, həm də yetərli arxeoloji fəaliyyətin aparılmaması səbəbindən qaçaqmalçılar tərəfindən oğurlanaraq qara bazarda satılır.

XS
SM
MD
LG