Əslən Qoşaçay (Miyandab) şəhərindən olan güneyli milli fəal Hüseyn Azadi sentyabrın 23-də yerli vaxtilə saat 11:00 radələrində Təbrizin Bağmeşə məhəlləsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Bölgədəki Hüquq müdafiəçilərinin sosial mediada yayımladığı məlumata görə, Hüseyn Azadi naməlum yerə köçürülüb və indiyədək onun həbsinin dəqiq səbəbi ona qarşı irəli sürülən ittihamlar barəsində məlumat yoxdur.
Son həftələr ərzində Təbriz, Binab, Şəbistər, Zəncan və Ərdəbildə bir çox fəal həbs edilib.
Sentyabr ayında Məhsa Əmininin İranın əxlaq polisinin nəzarətinə alındıqdan sonra ölməsinin və ölkədə kütləvi etirazların başlanmasının ildönümündə, eləcə də İran Azərbaycanının şəhərlərində Urmiyə gölünün qurumasına qarşı etirazların ildönümü ərəfəsində, çox sayda fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.