Sentyabrın 16-da milli fəal Babək Rəhməti Şərqi Azərbaycan vilayətində yerləşən Binab şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Milli fəal Babək Rəhməti təhlükəsizlik qüvvələri tərəfindən həbs edilməzdən 3 gün əvvəl, Təbrizdə 7 milli fəal həbs edilib və hazırda bir həftədən artıqdır ki, təhlükəsizlik qüvvələrinin nəzarətində saxlanılıv sorğu-suala çəkilirlər.
Sentyabrın 13-də Araz İbrahimnejad, Davud Şiri, Əli Babayi, Cavad Sudbər, Əmir Hüseyn Aqayi, Mehrdad Qadiri və Seyid Məhəmmədrza Müvəhhid təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Hələ ki, bu milli fəalın həbsinin səbəbləri və harada olması barədə heç bir məlumat açıqlanmayıb.
Onun Təbriz kəşfiyyat İdarəsinə aparıldığı yoxsa Binab şəhərində kəşfiyyat idarəsinin təcridxanasında dindirildiyi barədə məlumat yoxdur.