Keri Kavano: İlk yardımın çatdırılması çox mühümdür, amma bu, kifayət deyil

Your browser doesn’t support HTML5

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Keri Kavano Amerikanın Səsinə müsahibədə Qarabağda humanitar yardımın çatdırılması səyləri, ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu və Rusiyanın regionda hədəfləri haqda danışıb.

Dövlət katibi Antoni Blinken ABŞ-ın Dağlıq Qarabağda humanitar vəziyyətin sürətlə pisləşməsindən dərin narahatlığını bildirib. Blinken “Dağlıq Qarabağda humanitar yardıma kəskin ehtiyac” adlı bəyanatında humanitar yüklərin həm Laçın, həm də Ağdam marşrutlarının yaxınlığında yerləşdirildiyini qeyd edib və humanitar ləvazimatların keçməsinə imkan yaratmaq üçün hər iki dəhlizin dərhal və eyni vaxtda açılması çağırışını təkrarlayıb. Birləşmiş Ştatlar həmçinin Ermənistanla Azərbaycan arasında vəziyyətin nizamlanması istiqamətində səylərini davam etdirəcəyini bəyan edib. Eyni zamanda, Rusiyanın Qızıl Xaç Cəmiyyətinin Azərbaycanın Qarabağ regionunun ermənilər yaşayan hissəsinə göndərdiyi humanitar yardımı ilə yük maşını sentyabrın 12-də Rusiya sülhməramlı kontingentinin nəzarət etdiyi əraziyə daxil olub. ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Keri Kavano Amerikanın Səsinə müsahibədə Qarabağda humanitar yardımın çatdırılması səyləri, ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu və Rusiyanın regionda hədəfləri haqda danışıb.