Məcid Araz: İran Azərbaycanında rejimin ağır nəzarəti üzündən mütəşəkkil fəaliyyət mümkün olmur

Məcid Araz

Keçən həftələrdə xaricdə fəaliyyət göstərən bəzi siyasi təşkilatların İran Azərbaycanında Urmiyə gölü üçün etiraz çağırışı etmələri milli hərəkata mənsub qüvvələr arasında ciddi mübahisələrə yol açıb.

Siyasi fəal Məcid Araz Amerikanın Səsi ilə söhbətdə deyir ki, etiraza çağırış kimi təbliğat fəaliyyətləri mütəşəkkil formada olmalıdır, ancaq bu İran İslam Respublikası sərhədləri içərisində mümkün olmur.

Your browser doesn’t support HTML5

Məcid Araz: İran Azərbaycanında rejimin ağır nəzarəti üzündən mütəşəkkil fəaliyyət mümkün olmur

"Bugün İranda başqa diktatorluqlarda olduğu kimi, təşkilatlanma imkanı yoxdur. Yəni, hər mənada yoxdur. Müstəqil və öz iradəsinə dayanan bir təşkilatlanmış fəaliyyətə rejim heç bir şəkildə icazə vermir. Onun üçün də İranın bütün millətlərinin rejimin cızdığı dar cərçivənin xaricində fəaliyyət etmək istəyən bütün qurum-quruluşlar məcburən xaricdə mütəşəkkil olurlar. Yurd içində fərdi və ya dar hüceyrələr şəklində fəaliyyətlər mütləq vardır. Bundan sonra da olacaq. Ancaq, mən təşkilatlanmış fəaliyyətdən bəhs edirəm," siyasi fəal söyləyir.

Araz daxildə İran hakimiyyətinin təhlükəsizlik orqanlarının təsir dairəsinin çox geniş olduğunu önə çəkərək deyir ki, "yurd içində rejimin ümumi sahə üzərində təhlükəsizlik və kəşfiyyat əhatəsi yüzdə yüzdur. Amma, xaricdə bir şəkildə rejimin təsir dairəsindən çıxmaq imkanı və şansı yaranır. Bir şəkildə rejimin kəşfiyyat servislərinin təsir dairəsinin eşiyinə çıxa bilirsən. Bu o demək deyil ki, xaricdə rejimin təsir dairəsi yoxdur."

SEE ALSO: İran Xalq Mücahidləri ilə bağlı yayılan bir bəyanat Azərbaycan Milli Hərəkatında mübahisələrə səbəb olub

Məcid Araz xaricdə fəaliyyət göstərən qüvvələrin İran Azərbaycanında etiraza çağırış verməsi mövzusunda deyir ki, bu qüvvələrin bunu etməyə səlahiyyət sahibi olub-olmadıqlarına baxmaq lazimdır:

"Əgər xaricdə bir çağırış veriləcəksə, və ya içəriyə yönəlik bir fəaliyyət olacaqsa, təbii ki, orada baxmaq lazimdir ki, bu fəaliyyəti edən qurum nə qədər səlahiyyətə sahibdir? Nə qədər rejimin təsir dairəsinin xaricində olan bir qüvvədir?

Siyasi fəal hesab edir ki, etiraz çağırışı vermədən və sadəcə xaricdə kampaniyalar və mitinqlər keçirmək yolu ilə ölkə daxilinə təsir etmək mümkün olmur.

SEE ALSO: İran Azərbaycanında Urmiyə gölü ilə bağlı kampaniyalar genişlənir

Məcid Arazın sözlərinə görə, Türkiyədə və Avropada aksiyalar təşkil olunur: "Keçən Brüsseldə oldu, Berlində oldu, İsveçrədə oldu, İsveçdə olacaq. Xaricdə hər zaman aksiyalar olub və olacaq. Amma, mən şəxsən belə təcrübə etmişəm ki, içəridən gələn bir həyacan yoxsa, xaricdə nə xarici dövlətlərə və təşkilatlara o həyəcanı göstərmək olur, nə də mühacirətdə yaşayan insanlarımıza. Yəni, dövlətlər və beynəlxalq qurumlar o coğrafiyanın özündə bir şey olmayınca səni ciddiyə almırlar. Eyni şəkildə mühacirətdə yaşayan insanlarımıza da deyəndə ki, gedək Güney Azərbaycanın filan problemi ilə bağlı aksiya keçirək, 5-i gəlir, 25-i gəlmir. Çünki, o həyəcanı almır. Yurd içindən gələn bir mesaj varsa, xaric daha tez həyəcana gəlir."