Təbrizin Səhənd stadionunda "Traktor" və "Persepolis" komandaları arasında keçirilən futbol matçında Abdullah Ənsari, Kərim İsmayılzadə, Mehdi Nəsirzadə və İbrahim Rzayi təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Bölgədəki hüquq müdafiəçilərinin yaydığı məlumata görə, bu 4 nəfər avqustun 16-da stadiona daxil olanda həbs edilərək, Təbrizin Ümumi və İnqilab Məhkəməsinə aparılıb.
Məhkəmədə ittihamları barədə məlumat veriləndən sonra, məhbuslar məhkəmədən Təbriz Mərkəzi Həbsxanasına köçürülüb.
Həmçinin bildirlir ki, təhlükəsizlik qüvvələri bu 4 nəfəri həbs edərkən şiddətlə döyüb. Yayımlanan bəzi xəbərlərə görə, cümə axşamı Təbrizdə keçirilən futbol oyununda həbs olunanların sayının daha çox olduğu ehtimal edilir.
Həbs edilən 4 nəfərin milli fəal olduqları və bəzilərinin daha öncə də dinc fəaliyyətlərindən dolayı təhüləsizlik qüvvələri tərəfindən həbs edildiyi bildirilir. Onların həbsinin səbəbləri və onlara qarşı irəli sürülən ittihamlar barədə hələ ki, məlumat yoxdur.
Bu gün, avqustun 19-da 3 gün həbsxanada saxlanıldıqdan sonra bu azərbaycanlı milli fəallar 900 milyon tümən və 400 milyon tümən mülki zəmanət qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq azadlığa buraxılıblar.
SEE ALSO: Traktor azarkeşləri stadionda Urmiyə gölü üçün şüarlar səsləndiribTəbrizdə 70 min tamaşaçı ilə keçirilən matçda, "Traktor" komandasının azarkeşləri Urmiyə gölü, ana dilində təhsil haqqı və İranda türklərin haqlarını tələb edən başqa siyasi və ictimai şüarlar səsləndiriblər.