"Dövlət düşünür ki, məcburi köçkünlük statusu ancaq atadan keçməlidir"
Your browser doesn’t support HTML5
Nazirlər Kabinetinin məcburi köçkünlərə ayrılan müavinətlərlə bağlı qərarında qeyd olunub ki, məcburi köçkün qadınlar məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olarsa, müavinətdən məhrum olunurlar. Bununla yanaşı, məcburi köçkünlük statusu və onun verdiyi imtiyazlar da əllərindən alınır.