İran mediası Şərqi Azərbaycan valisi Abidin Xürrəmin Təbrizdə suyun kəsilməsinə görə xalqdan üzr istədiyini yazıb.
Fars xəbər agentliyi yazıb ki, Abidin Xürrəm Təbrizin bəzi məhəllələrində o cümlədən Bağmeşə məhəlləsndə həftələrlə davam edən su kəsilməsinə dair xalqın şübhəsiz haqlı olduğunu və su təminində yaranan problemdən dolayı üzr istədiyib.
Xürrəm Təbrizin qərbindəki məhəllərinin suyunu təmin edən Nəhənd bəndində suyun olmadığını təkzib edərək deyib ki, bu məhəllələrin suyunun təminində yaranan nöqsanlar Su və Kanalizasiya İdarəsinin rəsmilərindən qaynaqlanır.
O, Təbriz şəhərinin bəzi məhəllələrində suyun kəsilməsinin əsas təqsirkarının Təbriz şəhərinin su idarəçiləri olduğunu deyib.
Avqustun 15-də Abedin Xorram Şərqi Azərbaycanın su və kanalizasiya müdiri Məhəmməd Xani ilə birlikdə suyu kəsmiş ərazilərə baş çəkərək bölgə əhalisi ilə söhbət edib və onlara vilayətin su və kanalizasiya məsullarının ona yalan hesabat verdiyini söyləyib. O, Təbrizin su və kanalizasiya idarələrinə 24 saat vaxt verib və bildirib ki, su problemi həll olunmasa, bu müdirlər getməlidir.
Bəzi sosial media istifadəçiləri valinin bu hərəkətinin bir neçə həftədir fasiləsiz suyun kəsilməsindən sonra çox qəzəblənən etirazçı insanları sakitləşdirmək istiqamətində olduğunua inanır.
Təbrizin bir neçə məhəlləsində, xüsusən də Bağmeşə sakinləri suyun uzunmüddətli kəsilməsinə iki dəfə etiraz aksyası keçirib. Aksiya keçirən əhali “Biz içməyə su istəyirik vəssəlam” şüarları səsləndirib.
SEE ALSO: Təbrizin bir məhəlləsində suyun kəsilməsi etiraza səbəb olubSosial mediada yayımlanan fotolar göstərir ki, Təbrizin müxtəlif məhəllələrində əhaliyə tanker ilə su dağıdılır. Şəhərin su ehtiyacını təmin edən ayrı-ayrı mənbələrin bir-birinə lazımi təchizatla qoşulmadığından dolayı şəhər bu problemlə üzləşir. 2019-cu ildən bəri vilayət rəsmiləri Təbrizin su təchizatı infrastrukturunun istismara veriləcəyini vəd etsələr də, indiyə qədər bu vəd həyata keçirilməyib. Bunun səbəbi isə kifayət qədər kreditin ayrılmaması olaraq açıqlanıb.
Ölkə su ehtiyatlarının düzgün idarə edilməməsi böhranı ilə üz-üzədir. Su təchizatı problemi təkcə Təbriz şəhərinə aid deyil. Şərqi Azərbaycan vilayətinin kəndlərində də su problemi var və yüzlərlə kənd tankerlər vasitəsilə su ilə təmin olunur.
Su ehtiyatlarının düzgün idarə olunmaması problemi İran Azərbaycanının digər vilayətlərində də mövcuddur. Urmiyənin parlamentdəki millət vəkili Salman Zakir bir neçə gün əvvəl media ilə söhbətində şəhərin içməli suyun təminində problemlə üzləşdiyini bildirib. O deyib ki, "Urmiyə gölünün canlandırılması və əkinçilik bir yana qalsın, insanların içməli suyunun təmin olunmasını gözləyirik."