İran telekommunikasiya şirkətinin təqaüdçüləri ölkənin müxtəlif vilayətlərində aksiya və yürüş keçirməyə davam edərkən, Qərbi Azərbaycan vilayətinin kəndlərində çalışan telekommunikasiya agentləri də vilayətin mərkəzi Urmiyədə mitinq keçiriblər.
Yarı-rəsmi İLNA (Iranian Labour News Agency) agentliyinin məlumatına görə, telekommunikasiya agentləri maaşlarının gecikdirilməsinə etiraz edirlər.
Kənd sakinləri İran telekommunikasiya şirkətinin Qərbi Azərbaycan vilayəti idarəsinin önündə toplaşaraq gecikdirilmiş maaşlarını tələb ediblər.
SEE ALSO: Ərdəbilli təqaüdçülər aksiyalarını davam etdirirlərİLNA-nın avqustun 8-də yaydığı xəbərə görə, agentlər həmçinin maaşlarının müntəzəm şəkildə ödənilməsi üçün lazımi addımların atılmasını istəyirlər.
"Etiraz üçün toplaşan agentliklər deyir ki, gecikmələr bir çox problemə yol açır. Minimum əmək haqqı gecikəndə yaşayış bağlı qapıya dayanır," agentliyin xəbərində qeyd edilib.