Güneyli milli fəal Əli Rəzizadə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən iki il müddətinə azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçilərinin yayımladığl məlumata görə, Tehran İnqilab Məhkəməsi Əli Rəzizadəni "Ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə pantürkizm qruplaşmasına üzv olmaq" ittihamı ilə 2 il həbs cəzasına məhkum etməklə yanaşı, 2 il müddətinə ölkədən çıxışına və qruplara üzv olmasına qadağa qoyub.
Ötən həftə Tehranın Ümumi və İnqilab Məhkəməsinin 15-ci şöbəsində Əli Rəzizadə Nadarlının məhkəmə iclası keçirilmişdi. O, məhkəmə iclasında "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamına qarşı özünü müdafiə etmişdi.
SEE ALSO: Tehranda türk fəal Əli Rəzizadə Nadarlının məhkəməsi keçirilibDaha əvvəl Tehranda yaşayan türk fəal Tehranın 33 saylı Ümumi və İnqilab prokurorluğunun 3-cü şöbəsinə çağırılaraq, ona qarşı qaldırılan iddia haqqında məlumatlandırılıb.
SEE ALSO: Ərdəbil və Tehranda iki siyasi fəalın məhkəmə işi başlayıbYayılan xəbərlərə görə, Əli Razizadə Nadarlının bir sıra azərbaycanlı milli fəallar və siyasi məhbuslar haqqında öz şəxsi sosial media hesablarında paylaşdığı yazıları ilə əlaqədar ona qarşı məhkəmə işi başlayıb.